İspaniya La Lqiasında 8-ci turun oyunları keçirilir.
TİA.AZ qol.az-a istinadən xəbər verir ki, “Atletiko” öz meydanında “Betis”i qəbul edib.
Görüş Madrid klubunun qələbəsi ilə yekunlaşıb – 1:0. Oyunda yeganə qolu 74-cü dəqiqədə Adrian Korrea vurub.
Bu qələbə ilə xalını 15-ə çatdıran paytaxt təmsilçisi liderliyə yüksəlib. Bir oyun az keçirən “Barselona” 14 xalla 2-ci pillədə qərarlaşıb. “Rela” isə 8 oyundan sonra 14 xalla 3-cüdür.