İspaniyada “Atletik” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununa təyinatlar açıqlanıb.
Tribunainfo.az xəbər verir ki, matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Igor Pajač olacaq.
Qeyd edək ki, “Atletik” – “Qarabağ” matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.