“Atlas Medical Center” barəsində cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, klinika İnzibati Xətalar Məcəlləsinin gigiyena və sanitariya qaydaları əleyhinə olan 215.4-cü maddəsini pozub.
Tələbi pozulan maddəyə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Klinikanın işinə 16 aprel tarixində Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar