“Atlas Medical Center” məhkəmə qarşısında

“Atlas Medical Center” məhkəmə qarşısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Atlas Medical Center” barəsində protokol tərtib edilib.
Qaynarinfo-nun məlumatına görə, “Atlas Medical Center” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə yazılıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə görə, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun icraatındadır.