“Atlas Medical Center” barəsindən icraat başladılıb.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, “Atlas Medical Center” İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsin in tələblərini pozub. MMC-yə icbari sığorta müqaviləsi bağlamadığına görə protokol yazılıb.
Maddənin təlbinə görə, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
Klinikanın işinə 6 fevral tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə baxılacaq.
Roman