Ehtiram Xəlilov Xaçmaz rayonu Nabran qəsəbəsində yerləşən vaxtilə məşhur “ATLANT” istirahət və əyləncə zonasında bağban işləyir.
Hazırda ağır günvurma diaqnozu ilə Xudat xəstəxanasına düşüb. Günvurmanın səbəbi “Atlant”-ın müdriyyəti tərəfindən Azərbaycan Respunlikasının Konstitusiyasının və Əmək qanunvericiliyinin əməyin mühavizə tələblərini qəsdən və kobud şəkildə pozulmasıdır.
Tribunainfo.az yazır ki, bu problemi jurnalist Cəmil Məmmədli ictimailəşdirib. O bildirib ki, iyulun 15-i “Atlant”-ın bağbanı Müslüm Şixəliyev “Atlant”-ın icraçı direktoru Cavidanın göstərişi ilə Ehtiram Xəlilovu və Aydını günəş şüaları altında (kölgədə 36 dərəcə istidə) müəssisənin ərazisində yerləşən fındıq dibini qazmaqla məşğul olublar:
“Təxminən saat 15-də Ehtiramın halı pisləşib. O, müəssisənin həkimlərinə müraciət edib. Hökimlər ona günvurma diaqnozu qoyublar, günəşə çıxmamağı və kölgədə dincəlməyi tövsiyyə ediblər. Lakin müəssisə rəhbərliyi Ehtiramı işləməyə məcbur edib. Bundan sonra onun halə daha da ağırlaşıb, gecə burnundan qan açılıb. Lakin səhərisi gün iyulun 16-ı Ehtiram Xəlilovu bağban Müslüm Şixəliyev yenidən açıq sahədə, günəşin altında işlədib.
Axşam Ehtiram işdən evə qayıdıb və bu gün onun halı yenidən pisləşib. Ailə üzvləri onu Xudat xəstəxanasına aparıblar.
Məsələ ilə bağlı ortaya bir sıra hüquq və humanitar suallar çıxır.
Ümid edirəm aidiyyatı orqanlar “Atlant” rəhbərliyi qarşısında bu sualları qaldırıb onlara qanunvericiliyə uyğun cavablar alacaqlar, günahkarlar cəzalandırılacaqlar, insan əməyinin bi dərəcədə qəddarcasına istismarına son qoyulacaq. Axı “Atlant” istirahət müəssisəsidir, islah-əmək müəssisəsi deyil”.