Atışma ilə bağlı açıqlama:”Bombalanan Ukrayna şəhərlərinin sayı artacaq”backend

Atışma ilə bağlı açıqlama:“Bombalanan Ukrayna şəhərlərinin sayı artacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moskvada konsert salonuna terror hücumundan əvvəl Rusiya prezidentinin sözçüsü Dmitri Peskov “Ukraynada xüsusi əməliyyat müharibəyə keçib” ifadəsini işlədib. Bu ifadə onsuz da yersiz idi, sadəcə Kreml “xüsusi əməliyyat” söz birləşməsini əhalisini qorxutmamaq və “qardaş” hesab etdiyi ölkəyə qarşı müharibə kəlməsindən istifadə etməmək üçün seçmişdi”. Bu fikirləri politoloq Elxan Şahinoğlu deyib. O əlavə edib ki,  Peskov məlum elanını edib, Kremlə yaxın rusiyalı şərhçilər konsert salonuna hücumu artıq Ukrayna ilə əlaqələndirməyə başlayıblar. Bu isə o deməkdir ki, bombalanan Ukrayna şəhərlərinin sayı artacaq”.

Qeyd edək ki, bu gün “Krokus Siti Holl”  atışma olub, nəticədə 40 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Ticarət mərkəzinin damında kömək gözləyən insanların olduğu bildirilir. Məlumata görə, bir neçə terrorçu binanın içərisində barrikada qurub.

“Crocus City Hall” 9,5 min yerlik çoxfunksiyalı konsert zalıdır. Musavat.com Rusiya mənbələrinə istinadən xəbər verir ki, zal Krasnoqorskdakı Crocus City biznes mərkəzinin ərazisində, Moskva Dairəvi Yolunun 67-ci kilometrliyində və Myakinino metrosunun yanında yerləşir.

Zalı 2009-cu il oktyabrın 25-də sahibkar Araz Ağalarov açıb və müğənni Müslüm Maqomayevin adını daşıyır. Ölkənin ən prestijli məkanlarından biri ən yüksək standartlara uyğun təchiz olunub. Burada dayanmadan konsertlər və şoular  keçirilir.