ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 28-də Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

TİA.AZ erməni mətbuatına istinadən xəbər verir ki, monitorinqi Ermənistan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Peter Svedberq, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Anje Kaspşik və onun köməkçisi Jiri Aberle keçirəcəklər.
Erməni tərəfin məlumatına görə, monitorinq Talış kəndində olacaq.