Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə səfərdə olan Finlandiyanın XİN rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenlə görüşməkdən imtina edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstan hökumətinin Mətbuat xidməti yayıb.
Bildirilib ki, buna səbəb Valtonenin dünən Tbilisidə mitinqdə iştirak etməsi olub. Belə ki, E.Valtonen dünən axşam Tbilisidə Gürcüstan parlamentinin qarşısında keçirilən hökumət əleyhinə aksiyaya qatılıb, mitinq iştirakçıları isə görüşüb.
Qeyd edək ki, Elina Valtonen Cənubi Qafqaza səfəri çərçivəsində oktyabrın 14-ü Gürcüstana yollanıb. O, dünən gürcü həmkarı Maka Boçorişvili ilə görüşüb, bu gün isə İ.Kobaxidze ilə danışıqlar aparması gözlənilirdi.