backend

ATƏT sədri erməniləri məyus etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriyanın xarici işlər naziri, ATƏT-in hazırkı sədri Sebastyan Kurts Ermənistanın “Mediamax” agentliyinə müsahibə verib. Avstriyanın xarici işlər naziri, ATƏT-in hazırkı sədri Sebastyan Kurts Ermənistanın “Mediamax” agentliyinə müsahibə verib.

Erməni jurnalistlər Sebastyan Kurtsa danışıq prosesində “DQR”in iştirakı ilə bağlı sual ünvanlayıblar: “Bəlkə, Dağlıq Qarabağa səs hüququ verməyə dəyər?”

ATƏT sədrinin cavabı birmənalı olub: “Danışıqları Minsk Qrupu həmsədrlərinin himayəsi altında Ermənistan və Azərbaycan prezidentləri aparır və bütün əlaqədar tərəflər bu formatda təmsil olunublar”.

Onun sözlərinə görə, Minsk qrupunun və həmsədrlərinin böyük səylərinə baxmayaraq, 2016-cı il bu məsələdə hərbi gərginliyin artması ilə müşayiət olunan geri addımlarla yadda qaldı.

Nazir bütün bunlara baxmayaraq, Avstriyanın ATƏT sədri olaraq sülh prosesinin möhkəmləndirilməsi ilə bağlı fəaliyyətini davam etdirəcəyini deyib.