ATƏT-İN YEREVAN OFİSİ BƏRPA OLUNACAQMI?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün ATƏT-in baş katibi Lamberto Zanyer Ermənistana səfər edəcək. 

Bu gün ATƏT-in baş katibi Lamberto Zanyer Ermənistana səfər edəcək.

TİA.AZ erməni KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın dəvəti ilə reallaşır. L.Zanyer Yerevanda olduğu müddətdə prezident Serj Sarkisyanla da görüşəcək.

Görüşdə ATƏT-lə Ermənistan arasında münasibətlərə, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki münaqişənin tənzimlənməsi yollarına dair məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, ATƏT-in Yerevanda 2000-ci ildən fəaliyyət göstərən ofisi 2017-ci ildə bağlanıb. 

Politoloq Zaur Məmmədov TİA.AZ-a bildirib ki, Ermənistanda  görüş çərçivəsində ATƏT-in ofisinin bağlanması müzakirə predmeti olacaq: “Lakin tərəflər ortaq məxrəcə gələ bilməyəcəklər. Ofis bağlı olaraq qalacaq. Söhbət ATƏT-in Yerevan ofisinin vəzifəsindən sui – istifadə edərək, qanunları pozmasından gedir. İndi erməni tərəfi həyəsızcasına bəyan edir ki, Azərbaycan ATƏT ilə münasibətlərdə problem dönəmini yaşayır, ona görə ofisin bağlanması məsələsini gündəmə gətiriblər. Amma hamıya məlumdur ki, ofis ciddi nöqsanlarla işləyirdi. Ofis işğal olunmuş ərazilərində “mina təmizləmə” prosesinə Ermənistan tərəfindən cəlb olunub və bu işə xeyli miqdarda vəsait xərclənib. Ümumiyyətlə, ermənilər son zamanlar həyasızlaşıblar. Tezliklə həyətlərində tufanı hiss edəcəklər”.


İlahə