Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq cəbhənin Ağdam rayonunun Çəmənli kəndi istiqamətində, qoşunların qarşıdurma xəttində monitorinqə başlayıb.

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Trend-ə açıqlamasında bildirib ki, səhər saatlarında səhra köməkçiləri ilə Ağdam rayon İcra Hakimiyyətində görüş keçirilib və onlara təmas xəttindəki vəziyyətlə bağlı məlumat verilib. Görüşdən sonra səhra köməkçiləri monitorinqə start verib.
Xatırladaq ki, monitorinq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun keçirilir. Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndə səfir Anjey Kasprşik, onun səhra köməkçiləri Gennadi Petrika və Xristo Xristov keçirir.