ATƏT Parlament Assambleyasının (PA) Vyanada keçirilən 16-cı qış sessiyası bu gün işinə başlayıb.
ATƏT Parlament Assambleyasının (PA) Vyanada keçirilən 16-cı qış sessiyası bu gün işinə başlayıb.
ATƏT PA-nın rəsmi saytı ilə ilk olaraq Daimi Komitənin iclası canlı yayımlanıb. Daimi Komitənin iclasında ATƏT PA-nın baş katibi Roberto Montella Özbəkistanın bu qurumun işinə cəlb olunmasında Azərbaycanın və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin rolunu xüsusi qeyd edib və təşəkkürünü çatdırıb.
A.Quliyev öz növbəsində Özbəkistanın sessiyanın işinə qatılmasını alqışladığını deyib və bu ölkənin ATƏT-in mühüm üzvü olduğunu bildirib. Vitse-prezident çıxışında ATƏT PA baş katibinin fəaliyyətini müsbət qiymətləndirib.
Seçki Müşahidə missiyası haqqında danışan A.Quliyev beynəlxalq katibliyə seçki üzrə ixtisaslaşmış hüquqşünasın cəlb olunmasını təklif edib. Onun sözlərinə görə, belə bir mütəxəssisin olması ATƏT PA-nın seçki müşahidə missiyasının işinə müsbət təsir göstərəcək. Qeyd edək ki, ATƏT PA-nın qış sessiya işini plenar iclasda təşkil olunan “Böhran dövründə insan hüquqlarının qorunması” mövzusunda xüsusi debatla davam etdirəcək. Sabah ATƏT PA rəhbərlərinin məruzələri dinləniləcək, Daimi Komitənin iclasında isə ATƏT PA-nın Əsasnaməsinə əlavə və dəyişikliklər məsələsi müzakirə olunacaq.