Atəşkəsin pozulması anklav kəndlərə görədir – Erməni analitik

Atəşkəsin pozulması anklav kəndlərə görədir – Erməni analitik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tavuş və Ararat bölgələrində atəşkəs rejiminin davamlı olaraq pozulması düşünülmüş planın tərkib hissəsidir”. Tribunainfo.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Varujan Qeqamyan çıxış edib.
O bildirib ki, bunun üçün atəşkəsin pozulduğu sərhədyanı ərazilərə diqqət etmək lazımdır. “Atəşkəs o yerlərdə pozulur ki, Azərbaycan və Ermənistan həmin istiqamətdə sərhədlərin delmitasiya və demarkasiyasını həyata keçirməyə çalışır. Atışmalar da bu səbəbdən baş verir ki, tərəflər həmin demarkasiya işlərini sürətləndirsin”.
Qeqamyan ona da deyib ki, sərhəd məsələsində ən çox tələsən Azərbaycandır. “Azərbaycan son zamanlar bir sıra məsələlərdə çox tələsir. Görünür, hansısa proseslərin baş verəcəyindən narahatdırlar”.