“ATƏŞKƏSDƏN SONRA SİLAHLARIN TƏHVİL VERİLMƏSİ BAŞLANIB” – PREZİDENT

“ATƏŞKƏSDƏN SONRA SİLAHLARIN TƏHVİL VERİLMƏSİ BAŞLANIB” – PREZİDENT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Üçtərəfli bəyanata zidd olaraq Ermənistan 3 ildir ki, hərbi texnikasını və canlı hərbi qüvvəsini çıxarmırdı. Mən bütün görüşlərdə bu məsələni qaldırmışam. Ermənistan kapitulyasiyaya imza atsa da, qoşunlarını çıxarmırdı. Ona görə antiterror tədbirləri həyata keçirildi. Əfsuslar olsun ki, şəhidlərimiz var. Onlar böyük qəhrəmanlıq göstəriblər və şəhidlərimizi hər zaman qəlbimizdə yaşadacağıq”.
Tribunainfo.az bildirir ki, Prezident İlham Əliyev xalqa müraciətində bəyan edib. Dövlət başçısı ABŞ xarici işlər naziri Entoni Blinkenlə söhbətini xatırladıb və Azərbaycanın şərtlərini dövlət katibinin diqqətinə çatdırdığını qeyd edib: “Mən bildirdim ki, silahı yerə qoyub təslim olsunlar və biz dayanırıq. Onlar bu gün səhər razılaşdılar. Və Qarabağdakı erməni icması Yevlaxda görüşə razılaşdı. Bizim sözümüz imzamız qədər əhəmiyyətlidir. Atəşkəsdən sonra silahların təhvil verilməsinə başlanıb. Vəziyyəti bu yerə çatdırmaq kimə lazım idi?”