“Atəşgah”sürücünü peşman elədi – Fotobackend

“Atəşgah”sürücünü peşman elədi – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avtomobilini “Atəşgah” sığorta şirkətində sığortalatdıran sürücü peşman olub.

Tribunainfo.az xəbər verir ki, bu barədə problemini ictimailəşdirən Elik adlı şəxs qeyd edib ki, sığorta şirkətinin işçiləri onunla açıq şəkildə al-ver edirlər:

“Şikayətim “Atəşgah” sığortadandır. Avqustun 30-u maşınımı vurublar. Sentyabrın 4-ü servisə yönləndirdilər. Sentyabrın 5-i 540 manat qiymətləndiriblər. Tək buferin işlənmiş qiyməti 400 manatdır. Əlavə xərcləri hələ demirəm. Servisin ustası deyir ki, burada saxlayıb, bizə təmir etdirsən təzə bufer qoyacam, yox, başqa ustaya aparsanız yazacam ki, buferin təmiri lazımdır. Yəni bir başa al-verçilik edirlər. Ayın 5-i “Atəsgah” sığortaya şikayət etdim, dedilər sikayətiniz qeydə alındı. Bu gün yenə zəng etmişəm, yenə deyirlər, şikaytiniz qeydə alındır. 10 gündür maşını sürə bilmirəm, süründürürlər məni”.

Qarşı tərəfi dinləməyə hazırıq.

Roman