Tez-tez məhkəməyə verilən “Atəşgah” Sığorta Şirkəti ilə bağlı daha iki MMC iş qaldırıb.
Tribunainfo.az xəbər verir ki, sığorta şirkəti ilə bağlı iddianı bu dəfə “Go Live” MMC və “Pulsmed” MMC qaldırıb. heç bir işin mahiyyəti ilə bağlı məlumat verilmir.
Bakı Kommersiya Məhkəməsinə göndərilən işlərlə bağlı proses 3 fevral tarixində keçiriləcək. Hər iki iş hakim Kənan Hüseynovun icraatındadır.
Qeyd edək ki, müxtəlif şirkətlər tərəfindən məhkəməyə verilən “Atəşgah” sığorta şirkətinin Direktorlar Şurasının sədri Ruslan Əliyevdir. Şirkətin İdarə Heyətinin sədri isə Tahir Kazmovdur.
Tərəfləri dinləməyə hazırıq.
Nigar