“Atəşgah Sığorta”da geri sayım başladı -1,2 milyon zərər

“Atəşgah Sığorta”da geri sayım başladı -1,2 milyon zərər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Atəşgah Sığorta” 2017-ci ilin maliyyə hesabatını açıqlayıb. TİA.AZ  hesabata  istinadən xəbər verir ki, şirkət ötən il mənfəətdən zərərə keçib. Belə ki, 2016-cı ili 356,7 min manat xalis mənfəətlə başa vurduğu halda, 2017-ci ili 1,274 milyon manat zərər ilə bağlayıb.

Ötən il “Atəşgah Sığorta”nın cəmi gəlirləri 9,9% azalaraq 39,572 milyon manat, cəmi xərcləri isə 6,7% azalaraq 40,599 milyon manat təşkil edib. 2016-cı ildə “Atəşgah Sığorta Şirkəti” ASC-nin cəmi gəlirləri 43 milyon 962 min manat, cəmi xərcləri isə 43 milyon 516 min manat təşkil etmişdi.

2016-cı il  ilə müqayisədə sığorta şirkətinin yığımları 2,6 % azalaraq 38,956 milyon manata, sığorta ödənişləri isə əksinə 9,6% artaraq 17,399 milyon manat olub. Belə ki, 2016-cı ildə şirkətin gəlirlərinin 40,022 min manatını toplanmış sığorta haqları, xərclərinin isə 15,861 milyon manatını sığorta ödənişləri təşkil etmişdi.