“Atəşgah” sığorta şirkəti ilə “Xaliq Faiqoğu” MMC mülki hüquq pozuntusu üzündən məhkəməlik olub.
Tribunainfo.az xəbər verir ki, ölkədə məhkəməyə vermədiyi adam qalmayan “Atəşgah” sığorta şirkəti “Xaliq Faiqoğlu” MMC ilə bağlı da məhkəmədə iddia qaldırıb.
İşin mahiyyəti mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələrdir.
İşə hakim Emin Məmmədlinin sədrliyi ilə baxılacaq. Tərəflər arasında 3 iclas keçirilsə də, nəticə olmayıb. Növbəti proses sabaha təyin edilib.
Qeyd edək ki, son bir ay ərzində “Atəşgah” sığorta şirkətinin 34 məhkəmə çəkişməsi var ki, proseslərdən 30-u şirkətin vətəndaşlara qarşı irəli sürdüyü iddialardır.