“Atəşgah” sığorta ilə “Azərbaycan Avtomobil Evi” üz-üzə

“Atəşgah” sığorta ilə “Azərbaycan Avtomobil Evi” üz-üzə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Atəşgah” Sığorta Şirkəti ilə bağlı məhkəmədə növbəti iş qaldırılıb.

Tribunainfo.az xəbər verir ki, sığorta şirkəti ilə bağlı iddianı “Chagan” avtomobil satıcısı “Azərbaycan Avtomobil Evi” qaldırıb. Prosesdə maraqlı tərəf kimi Hüseynov Vüsal Arif oğlu da iştirak edir.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə münahisədir. “Azərbaycan Avtomobil Evi” “Atəşgah” sığortanı sığorta müqaviləsi üzrə yaranmış mübahisəyə görə məhkəməyə verib.

İşə 2025-ci ilin 30 yanvar tarixində Bakı Kommersiya Məhkəməsində hakim Nərmin Əhmədovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, tərəflər dəfələrlə məhkəmədə üz-üzə gəlib.

Gülşən