Bakının tanınmış stomatoloji klinikalarından olan “Mirakl Dent” “Atəşgah həyat” sığorta şirkətini məhkəməyə verib.
Tribunainfo.az xəbər verir ki, işin mahiyyəti müqavilədən əmələ gələn öhdəliklər üzrə mübahisələdir. Tərəflər arasında sığorta müqaviləsi səbəbindən mübahisə yaranıb.
İşə 14 mart tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Aida Hüseynin sədrliyi ilə baxılacaq.
Qarşı tərəfin mövqeyini işııqlandırmağa hazırıq.
Nigar