“Atena” qatıqlarını üstündə qaymaq əvəzinə nəm salfetlər qoyurlar.
Tribunainfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə İlhamə Rəsul adlı şikayətşi yazıb. O bildirib ki, aldığı qatığın üstündəki qaymaq təbii deyil:
“Qatıq almışam, 4 gün qalıb soyuducuda. Bayaq qapağını açdım ki, üzü kiflənib. Qaşıqla sıyırıq qoydum boşqaba. Baxıram ki, qatığın qaymağı bildiyim o şey nəm salfet imiş. Dartırsan güclə yırtılır”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar