Uzun müddətdir internet üzərindən Allaha və dinə qarşı paylaşımları ilə tanınan azərbaycanlı ateist Toğrul Həsənov son zamanlar radikal islamçıların qəzəbinə tuş gəlmişdir.
Uzun müddətdir internet üzərindən Allaha və dinə qarşı paylaşımları ilə tanınan azərbaycanlı ateist Toğrul Həsənov son zamanlar radikal islamçıların qəzəbinə tuş gəlib.
Qeyd edək ki, 23 yaşlı bu gənc dünyada nadir istedada malik insanlardan bidir. O telekines vasitəsilə istənilən əşyaları uzaqdan hərəkətə gətirə bilir. Hətta bu bacarığına görə Toğrul dəfələrlə yerli telekanalın qonağı da olub. Onun bu qeyri-adi bacarığı yerli telekanallarda nümayiş edilib.
TİA.AZ xəbər verir ki, Bir çoxları tərəfindən rəğbətlə qarşılanan Toğrulu əksər müsəlmanlar insanları dindən uzaqlaşdırmaqda, Allahı və dini təhqir etməkdə günahlandırırdılar. Bu barədə TİA.AZ-a açıqlama verən bloqqer bildirir ki, hüquq mühafizə orqanlarına müraciət etməyi lüzumsuz hesab edir:”Azərbaycanda ateist olmaq çox çətindir. Bilirsiniz ki, ateis olanlar belə bizim cəmiyyətimizdə bunu gizli saxlayır. Hətta facebook-da yaranmış ateist qrup adminləri özlərinin anonimliyini qoruyur. Mən isə Azərbaycanda öz video-bloqum vasitəsilə onlar tərəfindən tanınıram. Hüquq mühafizə orqanlarına müraciət etsəm belə onların 2-3 nəfəri həbs edilə bilər. Sayları çoxdur və onların hamısını həbs edə bilməzlər.” Xatırladaq ki, “Din və Tanrı cəfəngiyyatı” adlı məqaləsi və videosunun geniş şəkildə yayılması ilə sosial aləmdə diqqətləri özünə çəkən Toğrul bu dəfə daha da çox dindarların nifrət və qəzəbinə tuş gəlmiş, onun bu paylaşımına sərt reaksiyalar vermişlər.
TARYEL ABDULLAYEV