“ATEF” şirkəti gömrük qaydalarını pozmaqda ittiham edilirbackend

“ATEF” şirkəti gömrük qaydalarını pozmaqda ittiham edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“ATEF Şirkətlər Qrupu” MMC gömrük qaydalarını pozmaqda ittiham edilir.
Qaynarinfo xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə iş başlanıb.
İşə Suraxanı Rayon Məhkəməsində baxılacaq. Martın 18-nə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Namiq Kərimovun sədrliyi ilə keçiriləcək.
485.2-ci maddəyə görə vəzifəli şəxslər 1000 məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.
“ATEF Şirkətlər Qrupu”nun Müşahidə Şurasını sədri Talıb Əlixanbəyovdur. Onun Dövlət Gömrük Komitəsinin sabiq sədri, general-polkovnik Səfər Mehdiyevlə dostluq münasibətlərinin olduğu deyilir.
Mediada gedən məlumatlara görə, Səfər Mehdiyevin vəzifədən getməsindən sonra şirkətdə ciddi maliyyə problemləri yaranıb. Şirkətin Müşahidə Şurasını sədri Talıb Əlixanbəyov olsa da, qurumun qanuni təmsilçisi, onun oğlu Əlixanbəyov Emil Talıb oğludur