“Ayasofya”nın muzeyə çevrilməsi üçün verilən qərarnamədəki imza Mustafa Kamal Ataturkün imzasına bənzəmir.
“Ayasofya”nın muzeyə çevrilməsi üçün verilən qərarnamədəki imza Mustafa Kamal Ataturkün imzasına bənzəmir.
Publika.az xəbər verir ki, bu iddia ilə türkiyəli alim Mustafa Armağan “Ayasofya İntriqaları” adlı kitabında yazıb.
Onun yazdığına görə, “Ayasofya”nın muzey olması üçün 1934-cü ildəki qətnamədəki imzanın Atatürkə aid olmadığı və bunun ABŞ-lı bir milyonçular Çarles Krane, Mildred Barnes Bliess, həmin dövrün AB, səfiri Josef Qrev və Amerika Bizans İnstitutundan Tomas Vittemorun intriqalarının nəticəsi olduğunu arxiv sənədləri təsdiqləyir.
Kitabda bildirilir ki, “Ayasofya”nın muzey olmasına ilk reaksiya 1935-ci ilin mayın 20-də Misirdə yayımlanan El-Risalə jurnalında rast gəlindiyi və bu məlumatla bağlı Prezident Respublika Arxivində yer alan bir sənəd olduğu bildirilir.
Kitabda o da vurğulanır ki, İstanbulda yunanca çıxan Apoyevmatini qəzetinin 1935-ci il 7 fevral tarixli yazısında Atatürkün “Ayasofya”nın muzey olması ilə bağlı verilən qərardan 3 ay sonra oranı ziyarət edib. Bu məlumat həmin dövrün heç bir mətbu orqanına yer almayıb.
“Dünən Prezident Kamal Atatürk və onunla bilikdə gələn heyət yeni “Ayasofya” muzeyini ziyarət etdi. Açılışında minlərlə insanın olduğu muzeyə gələnlərin sayı gündən-günə artır. Muzeyin həyətində Alman İnstitutunun dəstəyi ilə arxeoloji araşdırmalar davam etdirilir”, – deyə qəzetdəki məqalədə vurğulanır.
Türkiyəli alimin kitabında Atatürkün imzasının saxta olması ilə bağlı bu fikirlər yer alıb: “Bu qərarnamədəki imza, Atatürkün nə ondan əvvəl, nə də sonrakı imzalarına bənzəmir. Çünki soyadı bu qərardan öncə “Gazi M”, sonrakılar da isə “K. atatürk” olub. Bu qərarda isə atatürk adındakı kiçik “a” böyük yazılıb. Bu necə böyüdülüb?
“K. atatürk” imzasını hazırlayan Erməni kalioqraf Hagop Çerçiyan tərəfindən təklif edilən imzalar da daxil olmaqla, Atatürkün “Ayasofya” qərarnaməsindəki kimi imzasına heç bir yerdə rast gəlinməyib. Bu qərardakı imzanın gözlə görünəcək fərqi onun hüquqi baxımdan etibarsız sayılmasına əsas verir.
Növbəti bir sübut isə qərarnamənin sıra nömrəsidir. “Ayasofya” ilə bağlı qərarın nömrəsi 1589 olaraq nömrələnib. Halbuki iki gün əvvəl, 22 noyabr 1934 tarixində verilən əvvəlki qərarnamənin sıra nömrəsi 1589-dan əvvəl olmalı idi. Lakin o qərar 1590 ilə 1606 arasındadır. “Ayasofya” qərarı ondan sonra verildiyinə görə sıra nömrəsi 1606-dan sonra olmalı idi”.