Kayseridə Ulu Öndər Qazi Mustafa Kamal Atatürkün fotosunu yandırdıqları iddiası ilə həbs olunmadan mühakimə olunan 4 lisey şagirdi haqqında verilən bəraət qərarının səbəbi açıqlanıb.
Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, məhkəmə, sözügedən görüntülərin 22 nəfərlik WhatsApp qrupunda paylaşıldığını və yayıldığını vurğulayaraq, “Xəbər paylaşımı üçüncü şəxslər tərəfindən şahidlərin xəbəri ilə edilib və onların aksiya keçirdikləri yer boş bir yerdir. Dosyedəki kamera görüntülərindən də anlaşıldığı kimi ictimaiyyətə açıq deyil və bu səbəbdən təhqiri naməlum şəxs görüb və ya eşidə bilməyib. İctimai yerlərdə heç bir məhdudiyyət olmadan törədilmədiyi və hərəkətin hüquqi ünsürləri formalaşmadığı üçün onlara ayrıca bəraət verilməsi qərara alınıb”.