Atatürk hava limanında AZAL-a məxsus təyyarədə partlayış olub (FOTOLAR)

Atatürk hava limanında AZAL-a məxsus təyyarədə partlayış olub (FOTOLAR)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İstanbuldakı Atatürk hava limanında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Boeing 767-300” təyyarəsində partlayış baş verib.
TİA.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, partlayışa ekipaj üzvünün təxliyə avadanlığını səhvən açması nəticəsində baş verib.
Bakı – İstanbul reysini həyata keçirən təyyarə Bakı vaxtı ilə saat 12.50-də Atatürk hava limanına enib. Ekipaj üzvü sərnişinlərin təyyarədən enməsi üçün qapıları açmağa başlayanda sol arxa qapıdakı “slide”ni (təxliyə avadanlığı) səhvən partladıb.
Hadisə yerinə xilasedicilər gəlib, sərnişinlər təyyarədən çıxarılıb.