İstanbulun Sultanqazi rayonunda pul-borc problemi olduğu öyrənilən şəxs ata və qardaşını küçənin ortasında güllələyib.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, hadisə Yıl Mahallesi Orhangazi küçəsi 50. ünvanında baş verib.
İddiaya görə, aralarında borc problemi olan Ahmet S. həmin vaxt səkidə gedən atası Abdulkadir S. və böyük qardaşı Davut T.-nin üzərinə güllə yağdırıb.