“AtaSığorta”nın lisenziyası dayandırılıb

“AtaSığorta”nın lisenziyası dayandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə (ASC) təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi dayandırılıb.
Bu barədə dekabrın 20-də Palata məlumat yayıb.
Məlumatda bu qərar “AtaSığorta” ASC-nin məcmu kapitalının tələb olunan minimal məbləğdən az olması ilə izah edilib.
“Palatanın İdarə Heyətinin 17 dekabr 2018-ci il tarixli qərarı ilə «AtaSığorta» Açıq Səhmdar Cəmiyyətinə təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi 5 ay müddətinə dayandırılıb”, – məlumatda vurğulanır.