“Atasığorta” şirkəti bu səbəbdən cərimələndi

“Atasığorta” şirkəti bu səbəbdən cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Atasığorta” şirkəti barəsində inzibati qaydada icraat başladılıb.

Tribunainfo.az xəbər verir ki, sözügedən sığorta şirkətinin İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

“Atasığorta” ilə bağlı iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. 11 iyul tarixində hakim Anar İbadzadənin sədrliyi ilə işə baxılacaq.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar