Atası ermənilərin yaraladığı uşağı xəstəxanadan çıxardı – Səbəb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində yaralanan Ramin Yusifovun vəziyyəti nisbi yaxşıdır. 

Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində yaralanan Ramin Yusifovun vəziyyəti nisbi yaxşıdır.

Bu barədə Teleqraf.com-a açıqlamasında Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradov deyib.

Onun sözlərinə görə, Ramin Yusifov aşağı ətraflardan çoxlu qəlpə yarası alıb: “Dünən bizə daxil olanda vəziyyəti orta ağır idi. Təcili olaraq lazımi yardım göstərildi”.

Baş həkim bildirib ki, az öncə xəstənin atası onu evə aparıb: “Biz aparmasını məsləhət görmədik. Atası bildirdi ki, kənddə saman yığmalıdır. Uşağının yanında qalsa, samanı yığan olmayacaq. Bildirdik ki, uşaq nəzarətdə qalmalıdır, problem ola bilər. Amma ailə razılaşmadı”.

Qeyd edək ki, dünən Ermənistan Silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar. Hadisə nəticəsində bir dinc sakin yaralanıb. Yaralanan şəxs 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğludur. O, öz həyətlərində olarkən həyətə mərmi düşüb. Mərminin qəlpələri Yusifov Ramini ağır şəkildə yaralayıb.

Bədənində çoxsaylı qəlpə yarası alan Ramin Yusifov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.