“İqor Kşnyakin işlədiyi dövr ərzində sübuta yetirib ki, onun üçün ən əsas məsələ sərnişinlərin təhlükəsizliyi olub”.
Trubinainfo.az xəbər verir ki, bunu mərhum gəmi komandiri İqor Kşnyakinin qızı Anastasiya Kşnyakina Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimində bildirib.
“Atam böyük qəlbi olan, hər zaman öz işinə sadiq olan insan idi. O, çox təcrübəli pilot idi. İşlədiyi dövr ərzində sübuta yetirib ki, onun üçün ən əsas məsələ sərnişinlərin təhlükəsizliyi olub. Atam hər zaman deyirdi ki, mən havaya qalxanda təkcə öz həyatıma görə deyil, həm də bütün sərnişinlərin, ekipaj üzvlərinin həyatına görə məsuliyyət daşıyıram. O, son uçuşu ilə əsl qəhramının necə olduğunu sübuta yetirib. Atam hər zaman bizi ilhamlandırır, daha yaxşı insan olmağa öyrədirdi. Onun həyat tarixçəsi, onun qəhrəmanlıqları təkcə bizim ailənin deyil, Azərbaycan xalqının yaddaşında qalacaq”, – o vurğulayıb.