“Atam ölənə qədər içki içdiyimi bilmədi” – Aqil Abbas – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, ilk olaraq atasına verdiyi sözə əməl etmədiyini vurğulayıb
 

ARB TV-nin “Ömrün fəsilləri” proqramının növbəti qonağı millət vəkili, yazıçı Aqil Abbas olub.

O, ilk olaraq atasına verdiyi sözə əməl etmədiyini vurğulayıb:

“Heç vaxt atamın sözündən çıxmamışam. Bir içki məsələsində. Atam rəhmətə gedəndə 45 yaşım var idi. Rəhmətə gedənə qədər içdiyimi bilmədi”.

Daha sonra Aqil Abbas öz övladlarından danışıb:

“Övladlarımın biri nə içki içir, nədəki siqaret çəkir, digəri də mənim indiki vaxtıma oxşayır. İkisi də çox mütaliəli, çox savadlıdır. Məndən bir fərqləri var ki, mən bir Azərbaycan dilini bilirəm, rus dilini də yüksək səviyyədə bilmirəm. Ancaq övladlarım bir neçə dil bilir. Biri polisdir, biri də hərbiçidir”.