Deputatlardan üçü bu dəfə öz övladlarını irəli verərək namizədliklərini irəli sürməyiblər. Bu da sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Hamı sual edir ki, özlərinin deputatlığı az idi, indi də övladları parlamentə üzv olurlar. Yəni bu ölkənin ictimai-siyasi mühitində bacarıqlı adamlar yoxdur ki, yalnız deputat uşaqları seçkiyə qatılırlar?!
Tribunainfo.az qeyd edir ki, hakim partiya 20 saylı Nərimanov ikinci seçki dairəsindən Samir Əhməd oğlu Vəliyevi namizəd göstərib. S.Vəliyev Odlar Yurdu Universitetinin rektoru, III və IV çağırış Mili Məclisin üzvü olmuş Əhməd Vəliyevin oğludur.
Onlardan biri isə 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən namizəd göstərilən Mahir Tahir oğlu Süleymanlıdır. O, eks-deputat Tahir Süleymanovun nəvəsidir. T.Süleymanov 2000-2020-ci illərdə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən Milli Məclisin deputatı olub.
Bundan başqa, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı açıqlamasında səhhəti ilə bağlı bu il parlament seçkilərində iştirak etməyəcəyini bildirib. Onun sözlərinə görə, qızı Günay Ağamalı 65 saylı Salyan-Biləsuvar-
Neftçala seçki dairəsindən namizəd olub: “Bu il qızım seçkilərdə iştirak edəcək. Artıq namizədliyi təsdiq olunub. Qızım Günay Ağamalı 65 sayılı Salyan-Biləsuvar-
Neftçala seçki dairəsindən namizəd olub”.
Zümrüd İxtiyarlı