Co Bayden Ukraynanın Rusiya ərazisinə uzaq mənzilli raketlərdən istifadə etməklə zərbə endirməsinə icazə verib.
Ukrayna yaxın günlərdə Kursk bölgəsinə uzaqmənzilli ATACMS raketləri ilə ilk zərbələr endirməyi planlaşdırır.
ATACMS raketləri çox güman ki, ilkin olaraq Rusiyanın qərbindəki Kursk bölgəsində Ukrayna qoşunlarını qorumaq üçün Rusiya və Şimali Koreya qüvvələrinə qarşı istifadə olunacaq.
Bu baş verərsə müharibənin gedişatı necə olacaq?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən hərbi ekspert Elxan Şıxaliyev bildirib ki, ABŞ prezidentinin ATACMS raketlərinin Rusiya ərazisinə zərbələr endirməsi icazəsi bir çox məqsədlərin həyata keçirilməsinə hesablanıb.
Ekspertin sözlərinə görə, ATACMS raketləri ilkin mərhələdə 306 km-lik dərinliyə zərbə endirmək məsafəsinə malik olduğu üçün bu raketlərin zərbə endirməsinin nəticəsində Rusiyanın Bryansk, Kursk, Lipetsk, Voronej, Rostov-na-Donu, Anapa əraziləri və bu bölgələrdə yerləşən Rusiyanın strateji obyektlərinə təxminən də bu zolaqda və bu dərinlikdə 20-yə yaxın ən azından ayrodromlarının yerləşməsi ehtimalı var.
“Aşağı-yuxarı, əsasən də neft emalı istehsalı zavodları bu bölgələrdə olduğundan Amerika bu strateji obyetləri ilkin mərhələdə və bununla paralel də Kurskda Şimali Koreyadan oraya cəlb olunan silahlı qüvvələrinə zərbələr endirməklə Rusiyanı bir az müharibənin vəziyyətini dəyişəcək hala gətirmək məqsədi olacaq. Yəni, əgər danışıqlar ABŞ-ın Ukraynada müharibənin dayandırılması Rusiyanın istədiyi kimi olmayacaqsa bu uzaqmənzilli ATACMS zərbələri müharibənin gedişatını dəyişə bilər. Bu ABŞ-ın da Ukraynanın istəyi üzərinə olan qərarı idi. Burada Bayden müharibənin nəticəsini Ukraynanın istəmədiyi kimi bitməsinə hesablanmış bir addımdır. Bir neçə məqsəddən biri də budur. Ukraynanın əlini gücləndirə bilər. Çünki ATACMS raketlərinin erkən aşkar olunması və hava hücumundan müdafiə vasitələri tərəfindən məhv edilməsi Rusiya üçün bir az problem yarada biləcək məsələ olacaq. Amma digər bir məsələ isə ilkin mərhələdə Kursku nəzərdə tuturlar. Onu da əsaslandıracaqlar ki, əgər Ş. Koreya 10-12 min nəfər şəxsi heyət cəlb edibsə bu səbəb oldu ABŞ-ın bu qərarı verməsinə. Ancaq Rusiya tərəfdən də baxanda Rusiya bunu artıq ilkin mərhələdə də səsləndirmişdi ki, əgər biz görsək ki, NATO-ya daxil olan hər hansı bir ölkənin istehsalı olan operativ taktiki ballistik raketlərlə zərbələr endiriləcəksə onun ərazilərinə və obyektlərinə Rusiya bu zaman NATO-nun hər hansı bir ölkəsilə müharibədə olacağı kimi qəbul edəcək. Artıq müharibə arialının genişlənməsinə gətirə bilər. Yəni Rusiya üçün orial artıq Ukraynanın ərazisi deyil, NATO-ya daxil olan ölkələr də var- Pribaltika, Polşa, Finlandiya… Rusiya ilə birbaşa sərhəddə olan ölkələrə qarşı yaxud da ABŞ-ın bu ölkələrdəki aviabazalarına qarşı zərbələrin endirilməsi ola bilər. Onlar amma siyasi səsləndirirlər. Hər bir halda gözlənti müharibənin dayandırılması üzərinə olsa da ABŞ düşünəcək ki, bunu çəkindirmə gücü kimi Rusiyanı masada zəif tərəf olaraq məcburetmə qərarı kimi də ola bilər. Amma bu qərar verilsə və Ukrayna bu ATACMS-ların realda istifadəsi müharibənin zaman olaraq həm uzanacağını həm də arial olaraq genişlənəcəyini görəcəyik”.
Dəniz Pənahova