“AtaBank” zamin qadını həbs etdirdi – Borclunun özünü tapa bilmirlər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bankdan kredit götürmüş şəxsin zamin qismində göstərdiyi qadın həbs edilib.
 
 Sabunçu rayon məhkəməsi “AtaBank”dan kredit götürən şəxsə zamin duran qadın barəsində həbs qərarı çıxarıb.
BakuPost.az xəbər verir ki, bu barədə vəkil Əkrəm Həsənov məlumat verib. O bildirib ki, hakimi Süleyman Ağayev Ağayev “AtaBank”a 8701 manat borcu olan şəxsin zamini Bunyatova Lalə Nəriman qızını 10 gün müddətinə inzibati qaydada həbs edib.
Məlumata görə, məhkəmə borclunun özünü tapa bilmədiyinə görə, “Azərbaycan Dəmir Yolları”nın işçisi olan L. Bünyatovanı işsiz kimi azadlıqdan məhrum edib.
“Bu işdə ən maraqlısı odur ki, həbs edilən xanım əslində “Azərbaycan Dəmir Yolları” QSC-də işləyir. Lakin icra məmuru bunu müəyyən etməyib və əmək haqqına tutma yönəltmək əvəzinə xanımın həbsi barədə məhkəməyə təqdimat verib. Əsas həm də odur ki, xanım borc üzrə haqqında məhkəmə qərarının olmasını yalnız oktyabrın 4-də, həbsindən 13 gün əvvəl bilib. Buna qədər ona heç bir sənəd göndərilməyib. Məlum olduğu kimi, məhkəmələr və icra məmurları adətən zaminlərə heç nə göndərmirlər. Borclunun özünü tapa bilməyəndən sonra isə zamindən yapışıblar”, – deyə vəkil əlavə edib.
Ə. Həsənov məhkəmə qərarından apellyasiya şikayəti veriləcəyini qeyd edib.