Qubanın Alpan kəndində Əşrəf Süleymanov qızı 13 yaşlı Səfurəni öldürməsinin təfərrüatı məlum olub.
Qubanın Alpan kəndində Əşrəf Süleymanov qızı 13 yaşlı Səfurəni öldürməsinin təfərrüatı məlum olub.
Kəndin icra nümayəndəsi Tofiq Qubatov Publika.az-a bildirib ki, Ə.Süleymanov qızını bir bıçaq zərbəsi ilə öldürüb: “O ruhi xəstədir. Hadisəni törədəndə də özündə olmayıb. Biz indi həmin evdəyik, Əşrəf qızının meyiti üzərində ağlayır. Psixi problemləri var, bir anda tutub və cəmi bir bıçaq zərbəsi ilə qızını öldürüb, yəqin ki, ürək nayihəsinə vurub. İndi özünə gəlib, özü də çox pis haldadır”.
T.Qubatov bildirib ki, Ə.Süleyanov həyat yoldaşından ayrılıb, lakin uşaqlar onun yanında qalırdı: “Əşrəfin bundan başqa bir qızı da var, onun da 11-12 yaşı olmalıdır. Həyat yoldaşı ilə qeyri-rəsmi nikahda olublar, sonra da o uşaqları atasının yanında qoyub çıxıb gedib. Qızlara Əşrəfin anası baxırdı. Bu vaxta qədər onun nə qızlarına, nə də kənd camaatına qarşı pis davranışını görməmişik. Psixi problemləri var idi, ancaq daim müalicə alırdı, anası onun dərmanlarını içməsinə həmişə nəzarət edirdi. Hadisə də bir anda olub”.