Ata, ana, oğul və gəlin narkotik plantasiyası yaratdı – Video

Ata, ana, oğul və gəlin narkotik plantasiyası yaratdı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oğuzda ailəvi narkotik şəbəkəsi ifşa olunub. Ata, ana, oğul və gəlin saxlanılıb.

Tribunainfo.az xəbər verir ki, DİN rəsmisi Elşad Hacıyev bildirib ki, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan ailəni ifşa ediblər. Əməliyyat tədbirləri nəticəsində eyni evdə yaşayan dörd nəfər — 65 yaşlı Məmmədsaad Məmmədov, onun oğlu Orxan, həyat yoldaşı Gülnaz və gəlini Dilbər Məmmədova saxlanılıb.

Xaçmaz kəndindəki evdə keçirilən baxış zamanı 3 kiloqrama yaxın marixuana, 138 ədəd çətənə bitkisi və hissələri, həmçinin şüşə qablarda narkotik tərkibli toxumlar aşkarlanıb.

İstintaqla müəyyən edilib ki, ailə üzvləri çətənə bitkilərini əkib-becərərək satışını təşkil ediblər. Sifarişləri əsasən Məmmədsaad Məmmədov qəbul edib və digər ailə üzvləri vasitəsilə alıcılara çatdırılmasını təmin edib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə üç nəfər barəsində həbs-qətimkan tədbiri seçilib, Dilbər Məmmədova isə başqa qətimkan tədbiri ilə azadlıqda saxlanılıb.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Gülşən Rəsul