Tekirdağda 44 yaşlı Əmir Yazıcı 13 yaşlı qızını öldürərək intihara cəhd edib.
Tribunainfo.az Sondakika-ya istinadən xəbər verir ki, gənc qız bu gün son səfərinə yola salınarkən yeni detallar üzə çıxıb.
Qəddar ata qızını öldürdükdən sonra qızının telefonu ilə keçmiş həyat yoldaşına “Ana, məni niyə öldürdün? Sənə bu dünyanın ən böyük ağrısını yaşadacağımı demədimmi? Buyur, yaşa, qatil oldun”, – deyə mesaj göndərib.
Həyat yoldaşından boşanaraq fabrikdə işləyən Əmir Yazıcı axşam saatlarında sosial media hesabında keçmiş həyat yoldaşını nəzərdə tutaraq “Ölümlərimizə görə bütünlüklə GU cavabdehdir” deyib.
Postu görən və Əmir Yazıcı ilə əlaqə saxlaya bilməyən yaxınları vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildiriblər. Ünvana sövq edilən polis və tibb qrupları çilingərin köməkliyi ilə mənzilə daxil olub. Hadisə yerinə gələn qruplar ata Əmir Yazıcının biləklərində kəsik xəsarətləri və qızı, orta məktəb şagirdi Su Dilem Yazıcını isə ölü tapıblar. Çorlu Dövlət Xəstəxanasına çatdırılan Əmir Yazıcıya tibbi yardım göstərilib. Müalicəsinin ardından polis tərəfindən nəzarətə götürülüb.
Dəniz