backend

Astroloji proqnoz – 8 mart

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qoç – Qarşınıza çıxan fürsətləri düzgün dəyərləndirin. Bu gün həssas və kövrək olacaqsınız. Ani qərarlar qəbul etməyin. 

Qoç – Qarşınıza çıxan fürsətləri düzgün dəyərləndirin. Bu gün həssas və kövrək olacaqsınız. Ani qərarlar qəbul etməyin.

Buğa – Başqalarının fikrinə önəm vermirsiniz. Bu daha rahat və stressiz həyat tərzi keçirməyinizi asanlaşdırır. Lakin məsləhətləri qulaq ardına vurmayın. Dostlarınız sizin yaxşılığınızı istəyir.

Əkizlər – Gün gərgin keçəcək. Yaradıcılığınız pik nöqtədə olacaq. Gün boyu sizi sakitləşdirəcək musiqilər dinləyin.

Xərçəng – Səhər saatlarında kiçik qəza keçirə bilərsiniz. Evdə diqqətli olun. Ailənizlə bağlı sizi uzun müddətdir ki, narahat edən problem yenidən gündəmə gələcək.

Şir – Bu gün danışdıqlarınıza da, yazışmalarınıza da diqqət edin. Gələcəkdə əleyhinizə istifadə edilə biləcək sözlər sərf etməyin. Siqaret və qəhvədən az istifadə edin. Əks halda baş ağrısından əziyyət çəkəcəksiniz.

Qız – Maddi baxımdan sizi çətinə salacaq hadisələr baş verəcək. Sakitliyinizi qoruyun. Dava-dalaşa qarışmayın.

Tərəzi – Həyatınızda yeniliklər baş verəcək. Çoxdan görmədiyiniz bir qohumunuzla təsadüfən qarşılaşacaqsınız. Axşam saatlarını partnyorunuzla keçirəcəksiniz.

Əqrəb – Yaxın dostlarınızla aranız dəyəcək. Uzun müddətdir ki, sirr kimi saxladığınız bir məlumat başınıza dərd olacaq.

Oxatan – Gün boyu özünüzü gərgin hiss edəcəksiniz. Gələcəklə bağlı qurduğunuz planları alt-üst edən hadisələrlə üzləşəcəksiniz. Pul mövzusunda diqqətli olun.

Oğlaq – İş həyatınızla bağlı yeniliklər gözlənilir. Bu gün hər istədiyinizi əldə edəcəksiniz. Atdığınız hər addım uğurla nəticələnəcək.

Dolça – Ailəniz və yaxın dostlarınızın təzyiqi fikrinizə təsir etməyəcək. Qəti addımlar atacaqsınız. Azadlığınıza düşkünlüyünüz sizi yeni qərarlar verməyə vadar edəcək.

Balıq – Səhər saatlarında əsəbiləşəcəksiniz. Ancaq günün qalan hissəsi problemsiz keçəcək.