backend

Astroloji proqnoz – 8 iyun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qoç – soyuqdəymə gözlənilir. Xroniki xəstəliklərin kəskinləşməsi də istisna deyil. Fiziki yükü azaltmaq, alkoqoldan uzan durmaq tövsiyə edilir. 

Qoç – soyuqdəymə gözlənilir. Xroniki xəstəliklərin kəskinləşməsi də istisna deyil. Fiziki yükü azaltmaq, alkoqoldan uzan durmaq tövsiyə edilir.

Buğa – uğurlu günlərdən biridir. Can atdığınız hər şeyi əldə etmək gücündəsiniz. Bu günə təyin edilən bütün görüşlər məhz istədiyiniz kimi keçəcək.

Əkizlər – yaxınlarınızı qayğı və sevgi ilə əhatə etsəniz, onlar da sizə bununla cavab verəcəklər. Bu gün qarşılıqlı anlaşma və harmoniya günüdür. Ailədəki mehribanlıqdan zövq ala bilərsiniz.

Xərçəng – daha bir uğurlu gün. Əvvəlcədən başladığınız işləri davam edirmək tövsiyə olunur. Hətta ən çətin işləri də sona çatdırmaq şansı var.

Şir – emosional fon əlverişlidir, yaxşı ovqatı saxlamaq çətin deyil. Dostlarla vaxtınızı xoş keçirə bilərsiniz. Xoş gözlənilməzliklər, sürprizlər və hədiyyələr istisna deyil. Gün iş danışıqları, nüfuzlu şəxslərlə görüş üçün münasibdir. Qüdrətli adamın dəstəyini qazanmaq şansı var. Sənədlər imzalamaq, sövdələşmələrə getmək, iri bazarıq etmək olar.

Qız – iş üçün münasib gündür. Bürcün əksər nümayəndələri əhəmiyyətli peşə uğurları əldə edəcəklər, inadkarlıqları sayəsində rəqiblərini qabaqlaya biləcəklər. Kimsə sizə həsəd aparsa da, ziyan vura bilməyəcək. Çünki bu gün düşmənlərinizin sayından çox müttəfiqlər tapacaqsınız.

Tərəzi – həyatınıza təsir edəcək gözlənilməz hadisə baş verə bilər. Sizdən asılı olmayan səbəblərdən ailə həyatınızda nəsə dəyişəcək. Uzaq və riskli səfərlərdən imtina etmək tövsiyə olunur. Zədə almağınız mümkündür.

Əqrəb – başladığınız işləri sakitcə davam etdirin, təxribatlara uymayın. Yeni işlərə başlamağa, gücünüzü sınamadığınız sahələrdə başgicəlləndirici uğurlar əldə etməyə çalışmağa dəyməz.

Oxatan – gün dostlarla ünsiyyət və romantik görüşlər üçün çox münasibdir. Səfərlər də planlaşdırmaq olar. Yəqin ki, onlar yaxşı keçəcək. Təmirə başlamaq, daşınmaz əmlak tövsiyə olunmur. Həyat potensialı yüksəkdir.

Oğlaq – səy göstərsəniz, yaxşı nəticələr əldə edə bilərsiniz. Hərəkətlərinizdə ardıcıl olun, kiminsə sizə təzyiq göstərməsinə imkan verməyin. Əgər hansısa yeni işə başlayırsınızsa, müttəfiqlərinizin dəstəyini alın.

Dolça – çətinliklərin öhdəsindən gəlmək çox çətin olacaq. Cüzi pul gəliri mümkündür. Gün ailəvi problemlərin həlli, eləcə də, müxtəlif ev işləri üçün münasibdir. Qonaq qəbul etmək olar.

Balıqlar – işgüzar ünsiyyət baxımından o qədər də əlverişli gün deyil. Siz artıq çox şey danışır, öz sirrlərinizi lazım olmayan adamlara çox tez-tez açırsınız. Hansı məsələlərin diqqətə layiq olduğunu müəyyənləşdirmək çətindir. Ona görə də boş şeylərə xeyli vaxtınız gedəcək.