Qoç – kifayət qədər problem qalaqlanıb və onların hamısını həll etməyə çalışmaq lazım gələcək. Təəssüf ki, bu gün çoxları hərəkətlərə yox, arzulara meyillidirlər.
Qoç – kifayət qədər problem qalaqlanıb və onların hamısını həll etməyə çalışmaq lazım gələcək. Təəssüf ki, bu gün çoxları hərəkətlərə yox, arzulara meyillidirlər.
Buğa – gün yetərincə qeyri-məhsuldar olacaq. Gələcək barədə düşünməkdə pis heç nə yoxdur. Amma cari işləri də unutmaq olmaz. Məhz cari işlərə olan diqqətsizlik üzündən yeni çətinliklər yaranır.
Əkizlər – keçmiş, xüsusilə, düzəldilməsi mümkün olmayan səhvləriniz barədə də həddindən artıq düşünməyin. Bu gün qaranlıq fikirlər əhval-ruhiyyənizə və sağlamlığınıza mənfi təsir edə bilər.
Xərçəng – yaradıcılıq işləri və yeni nəsə öyrənməyə imkan verən istənilən məşğuliyyət üçün münasib gündür. Faydalı məlumatlar dərhal mənimsənilir və bununla fəxr edə bilərsiniz. Gün ərzində həyat potensialınız çox yüksək olacaq.
Şir – yxınlarınızla münasibətləri yoluna qoymaq asan deyil. Mübahisələr üçün səbəb var və siz güzəştlərə həvəsli deyilsiniz. Unutmayın, əgər inad nümayiş etdirsəniz, gec, ya da tez elə bir vəziyyətə düşəcəksiniz ki, bir çıxış yolu qalacaq – üzülüşmək.
Qız – hətənin ən çətin günlərindən biridir. Həyat potensialının azalması əhvalınızın pisləşməsinə səbəb olur. Üstəlik, bu gün zəhərlənmə ehtimalı da var. Sağlam qidalara üstünlük verin. Kofe və alkoqollu içkiləri həddindən artıq qəbul etmək məsləhət deyil.
Tərəzi – bütün məqsədləriniz əldə edilə biləndir. Sadəcə olaraq, taktikanızı dəyişməyiniz, fəndgirlik etməyiniz və heç kimin gözləmədiyi addımı atmağınız lazımdır.
Əqrəb – bugünkü hadisələri əvvəllər həyatınızda baş verənlərlə müqayisə etməyə çalışmayın. Keçmiş barədə nə qədər çox düşünürsünüz, o, müasir həyatınıza bir o qədər çox sirayət edir. Bu isə sizə lazım deyil.
Oxatan – ilk baxışdan heç nə ilə nəzərə çarpmayan, əsasən, cari işlər üçün münasib olan və zirvələrin fəthinin gözlənilmədiyi gündür. Ünsiyyət dairəsini genişləndirmək, yeni tanışlıqlar qazanmaq istəyirsiniz. Lakin qarşınıza çıxan insanlar sizin üçün o qədər də maraqlı deyillər.
Oğlaq – sizin xüsusilə romantik olduğunuzu demək olmaz. Sizi daha çox dünyəvi və maddi məsələlər maraqlandırır. Lakin bu, cazibədarlığınızı artırır. Bu səbəbdən də sizin qəlbinizi qazanmaq üçün hər şeyə hazır olan insanlarla rastlaşa bilərsiniz.
Dolça – yaxın ətrafınızdakı insanların məsləhətlərini dinləyin. Yaxınlarınızın (xüsusilə valideynlərinizin) dəstəyi sayəsində imkanlarınız genişlənəcək, hədəfə bir cəhdlə çatmaq şansı yaranacaq.
Balıqlar – mənən güclü, çalışqan və enerjili Balıqlar üçün pis gün deyil. Bürcün nümayəndələri təkcə planlarını uğurla həyata keçirməyəcək, həm də ruh yüksəkliyi ilə improvizə edəcəklər.