backend

Astroloji proqnoz – 4 fevral

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qoç – qayda yaradılması, durumun nizama salınması üçün vaxt tapın. Görüləsi işlərin sayını artırmayın. 

Qoç – qayda yaradılması, durumun nizama salınması üçün vaxt tapın. Görüləsi işlərin sayını artırmayın.

Buğa – gərgin dövrün başa çatmasını təmkinlə gözləyin, alınan məlumatı tələsmədən təhlil edin. Evlə bağlı işlər və ya yaxınlarınızdan birinə yardım diqqətinizlə qüvvənizin bir hissəsini ala bilər.

Əkizlər – Triton və Fobosun münasibətləri bu gün eşidəcəyiniz hər sözə inanmamağınızı istəyir. Bəzi fəaliyyət və əməllərin nəticələri indi ehtimal etdiyinizdən fərqli ola bilər.

Xərçəng – qayğıya ehtiyac duyan insana mütləq yardım edin. Ailə üzvlərinizi diqqətsiz qoymayın.

Şir – enerjinizin bir qismini yaşam məkanınızın nizama salınmasına sərf edin. Gərəksiz hisslər, köhnə yaşantılar, lazımsız insanlardan izaf olun.

Qız – çətinliklər yaranarsa, konstruktiv çıxış yolu tapmağa çalışın. Nəyisə dərhal yoluna qoymaq mümkündürsə, problemin həllini uzatmayın və ya təxirə salmayın.

Tərəzi – Umbriel və Arielin münasibətləri hadisələrin axarına müdaxilə olunmamasını tələb edir. Səhər saatlarından başlayaraq cari işləri yerinə yetirin. Açıq çalışın, heç nəyi gizlətməyin. Əks təqdirdə dolaşıq işlərdə özünüz dolaşa bilərsiniz.

Əqrəb – sağlam həyat tərzini seçin. Əgər hansısa xroniki ağrılar güclənərsə, mütləq şəkildə həkimə müraciət edin.

Oxatan – faydalı adətlərinizi və buna rəvac verə biləcək əlaqələrinizi bərpa edin. Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.

Oğlaq – Amalteya və Qanimedin münasibətləri bu gün işlərdə ətaləti yolverilməz edir. Cari məsələlərin həlli ilə məşğul olun. Yetərincə yeknəsək və başa çatanda sizdə razılıq hissi yaradacaq məşğuliyyət tapın.

Dolça – hissiyat güclənir, intuisiyanın miqyası genişlənir. Şəxsi məsələlər ön plana çıxır. Sevdiyiniz insanla söhbət həyəcanlı ola bilər. Amma təcili nəticələr, xüsusilə də müəyyənlik gözləməyin.

Balıqlar – sizdə narahatlıq yaradan məsələləri gizlətməyin, deyin və mövqelərin yaxınlaşmasına səbəb ola biləcək həll yolları tapın.