Qoç – qeyri-adi gündür. Başqalarının gözünə kül üfürməyi bacaranlar çox irəli gedəcəklər. Əksəriyyət hamının şıltaq olduğu qənaətinə gələcək. Ən xırda sərtlik insanların qəlbini incidir. Günün devizi: başınızı, ən əsası isə – qəlbinizi itirməyin!
Qoç – qeyri-adi gündür. Başqalarının gözünə kül üfürməyi bacaranlar çox irəli gedəcəklər. Əksəriyyət hamının şıltaq olduğu qənaətinə gələcək. Ən xırda sərtlik insanların qəlbini incidir. Günün devizi: başınızı, ən əsası isə – qəlbinizi itirməyin!
Buğa – azca sərbəst olun, peşman olmazsız. Bu gün xəsislik eləməyin, yoxsa yaxşı fürsətləri əldən qaçıra bilərsiniz. Yeri gəlmişkən, bu gün işgüzarlığınız döyüş hazırlığı vəziyyətindədir, istifadə edin.
Əkizlər – sizin soyuqqanlı ağlınız emosiyalarınızın üzə çıxmasına əngəl olacaq. Əlbəttə, başqa vaxt bu, əla olardı. Amma indi heç yerinə düşmür, çünki xeyli əyləncə və xoş təəssüratdan qala bilərsiniz.
Xərçəng – sizə yarınmağa çalışanların, etimadınızı qazanmaq istəyənlərin əsl məqsədi nədir? Bax bu barədə düşünməyə dəyər. Dilinizi dinc saxlamağa çalışın, sərt zarafatlarınız kimisə əyləndirə bilər, amma onları eşidənlər arasında qəlbi qırılanların sayı daha çox olacaq.
Şir – başınız özünüzə elə qarışıb ki, başqalarının problemlərini görmürsünüz. Eyni zamanda bu, başqalarında sizin eqoist olduğunuz qənaətini yaratmayacaq. Təhlükə başqa yerdən gəlir.
Qız – durumun qarışıq olduğunu düşünürsünüz. Bilirsiniz niyə? – Çünki bütün bunlar özünüzdən, hisslərinizdən qaçmağınız üçün bir səbəbdir. Çox özünüzə qapılmayın. Ancaq düşünüb-daşınmağa dəyər.
Tərəzi – bu günə çox ümid olmayın. O, xoş keçsə də həyatınızda nəyisə köklü surətdə dəyişməyə qadir deyil. Boş xəyallar qurmayın. Səyahətə çıxmaq, imicinizdə, interyerinizdə nəyisə dəyişmək də kefinizi açmayacaq.
Əqrəb – sevdiyiniz adamlara inanın. Bu gün məhz siz münasibətləri tənzimləyirsiniz. Son zamanlar fikir ayrılığı səbəbindən aranızın soyuduğu insanlarla da münasibətləri düzəltməyə nail olacaqsınız.
Oxatan – əlçatmaz bir arzuya doğru inamla qaçırsınız. Hətta bilirsiniz ki, nə qədər barmaqlarınız üstə dayanmağa çalışsanız da, indi istədiyinizə toxunmaq belə mümkün deyil. Amma bu sizin inadınızı qırmır.
Oğlaq – çox ləngsiniz. Əslində bu elə də pis deyil, sadəcə, ətrafınızdakılar sizi daim tələsdirməyə çalışacaqlar. Hər şeyi zarafata çevirsəniz də, səbrinizin tükənməsi ehtimalı var. Unutmayın ki, bu gün bitəcək. Pis davrandığınız insanlar isə yanınızda qalsalar da, qəlbləri qırılacaq. Odur ki, əsəblərinizi cilovlayın.
Dolça – problemlər artır. Sizin isə vecinizə deyil, hər bir işdə özünüzü haqlı sayacaqsınız. Bir neçə gün sonra isə bu günə görə utanc keçirəcəksiniz, odur ki, bir az dilinizi şirin edin.
Balıqlar – sanki büllur mağazasına girmiş filə bənzəyirsiniz – ya kiminsə büllur ürəyini, ya da bir başqasının daş qəlbini qırırsınız. Siz olmayanda hamı darıxacaq, siz yanlarında olanda isə əsəbiləşəcəklər.