backend

Astroloji proqnoz – 26 yanvar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qoç – bu gün bütün işlərdə nizama riayət edin, gərginliyin hiss olunduğu yerlərdə situasiyanı mürəkkəbləşdirməyin. 

Qoç – bu gün bütün işlərdə nizama riayət edin, gərginliyin hiss olunduğu yerlərdə situasiyanı mürəkkəbləşdirməyin.

 Amma faydalı informasiya axınlarının da qarşısını almayın.

Buğa – danışıqlar aparın, bütün ideya və təkliflərə diqqətlə yanaşın. İş yoldaşları və tərəfdaşlar, habelə dost və ya rəfiqə ilə münasibətdə böhran yarana bilər

Əkizlər – qayığı ləngər vurmağa vadar etməyin, rəqibləri müttəfiqə çevirməyin yollarını arayın. Şəxsi münasibətlərdə də gərginlik hiss olunur, hər kəs özünü tam haqlı hesab edir.

Xərçəng – emosiyaları boğmayın, hiss və istəklərinizdə səmimi olun. Daxili aydınlığa və zahiri dəstəyə nail olun.

Şir – özünüzü tapmaq üçün özünüzü dəyişmək gərəkdir. İş və ailə ilə bağlı ciddi məsələlərə vaxt ayırın. İş yoldaşlarınızın mövqelərini nəzərə alın, ümumi fəaliyyəti onlarla razılaşdırın.

Qız – həyatınızda və münasibətlərdə nə isə çətinləşə bilər. Təlaşa düşməyin, aramla nəfəs alın və maneəni aradan qaldıraraq yandırılmış körpüləri bərpa etməyə başlayın.

Tərəzi – indi eşitdiyiniz xoşagəlməz məsələlər yaxın insanın özündən bədgüman olması, izafi ehtiyatı ilə bağlıdır. Sizə qarşı təxribatları cavabsız qoyaraq enerjinizdən daha səmərəli istifadə etsəniz, mövqeyiniz daha güclü olar.

Əqrəb – cəsarətli olun, Allahdan başqa kimsədən qorxmayın və çəkinməyin. İşdə və ya başqa bir məkanda kimlərsə sizi tədhid edə bilər. Bilin ki, Fermopil döyüşündə parsların oxlarından səma görünməyəndə Sparta çarı Leonid demişdi: “Lap yaxşı, deməli, kölgədə vuruşacağıq”.

Oxatan – zülmün, şərin qarşısında duran spartalı olduğunuzu düşünün. Ay və Merkuri ulduzları sizə himayəyə vadar edir. Ayın bütün mühüm işləri inkişafın pik nöqtəsinə çatıb.

Oğlaq – yığılan materialla işləmək, onu planlarınıza uyğun şəkildə qaydaya salmaq olar. Çətinliklə qarşılaşsanız, etibar etdiyiniz insana yardım üçün müraciət edin. Bütün yükü təkbaşına çəkmək rasional deyil.

Dolça – şəxsi münasibətləri ifrat dərəcədə drammatikləşdirməyin. Kəskin diskussiya, ailədə münaqişə və ya işdə həmkarlarla anlaşılmazlıq ola bilər. Aşkarlıq xeyirlidir, amma daxili balansı qoruyun. İstənilən döngə yoldan çıxara bilər.

Balıqlar – rəqiblərdən kimsə sizi haqlamaq və üstələmək istəyir. İmkan və bacarıqlarınızı sakitcə artırın, aktivliyin yeni mərhələsinə hazır olun. İmiciniz də yenilənmə tələb edir. Hələlik əhvalınızı korlamayacaq tədbirlərlə kifayətlənin.