backend

Astroloji proqnoz – 26 aprel

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qoç – gün uğurla başlamasa belə, bütün çətinliklərin öhdəsindən gəlin. İşdə ən çətin, qəliz məsələlərin həllində ən uğurlu variantı arayın. 

Qoç – gün uğurla başlamasa belə, bütün çətinliklərin öhdəsindən gəlin. İşdə ən çətin, qəliz məsələlərin həllində ən uğurlu variantı arayın.

Buğa – situasiyada dəyişikliklər yaranır. Vəziyyət gərginləşə bilər. Fəndgir, sayıq, məntiqli davranın. Planlarınızı kimsə ilə bölüşməyin.

Əkizlər – niyyətləriniz başqaları üçün nə qədər mübhəm qalarsa, məqsədə çatmaq üçün sərf edəcəyiniz səylər bir o qədər az olacaq.

Xərçəng – alış-veriş və investisiyalar üçün uğurlu vaxtdır. Bədxərclik etməyin. Dostlar və tanışlar sizdən yardımları minnətdarlıqla qəbul edəcək, məsləhətlərinizi dinləyəcəklər.

Şir – əməkdaşlıq, işgüzar danışıqlar, həmfikir və müttəfiq axtarışları üçün əlverişli gündür. Yeni tərəfdaş və ya işinizə maliyyə dəstəyi verəcək insan tapacaqsınız. İşgüzar mövqelərinizi möhkəmləndirin.

Qız – təhsil, tədris, ixisasın artırılması, mühazirə, konfrans və seminar üçün əlverişli gündür. Sövdələşmə, anlaşma, razılaşma, hüquqi məsələlərin həlli üçün yaxşı gün deyil.

Tərəzi – ciddi problemlərin həll yollarını arayın. Təhlil sizə aradığınız variantları verə bilər. Bədxahlarla rəqiblərin tələ və sədlərini dəf etməklə yanaşı, onlara qalib gəlməyə çalışın.

Əqrəb – işlə bağlı, habelə şəxsi münasibətlər çərçivəsində mühüm xəbər ala bilərsiniz. Qonaq qəbul etmək, yaxınlarınızı və ailə üzvlərinizi sevindirmək olar. Yanınızda kimsəni darıxmağa qoymayın.

Oxatan – işdə həmkarlar və rəhbərliklə yaranan problemləri dərhal həll edin, münaqişə və qarşıdurmalara səbəb olmayın. Tanışlarınız dəyərli məsləhətlər verə bilərlər.

Oğlaq – çoxsaylı, planlaşdırılmamış və qəfil görüşlər olacaq. İstənilən situasiyada yüksəkdə, özünüzü ən yaxşı yöndən təqdim etməyə hazır olun.

Dolça – ev işlərinin öhdəsindən gəlin. Çətinlik yaranarsa, ailə üzvlərinə müraciət edin. Axşam saatlarında istirahət və əyləncəni unutmayın. Pozitiv emosiyalar və yeni tanışlıqlar istisna deyil.

Balıqlar – dayanıqlı və səbrli olun. Emosiyalara qapılmayın, hisslərin əsirinə çevrilməyin. Yeni imkanlar yaranır. İşinizi daha çox maaşlı yerə dəyişmək, yaxud da karyera pilləkəni ilə yüksəlmək şansları yaranır.