Astroloji proqnoz – 25 may

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qoç – bir sıra sınaqdan keçməli olacaqsınız. Narahatlıq və qayğılar əbəs deyil, amma çox yorucudur: günorta tamamilə gücdən düşə bilərsiniz. Həmkarlarınız və rəhbərlik də sizi özünüzdən çıxarırlar: hər iki tərəf sizə yalnız iş artırır, sanki kifayət qədər məşğul olduğunuzu görmür. 

Qoç – bir sıra sınaqdan keçməli olacaqsınız. Narahatlıq və qayğılar əbəs deyil, amma çox yorucudur: günorta tamamilə gücdən düşə bilərsiniz. Həmkarlarınız və rəhbərlik də sizi özünüzdən çıxarırlar: hər iki tərəf sizə yalnız iş artırır, sanki kifayət qədər məşğul olduğunuzu görmür.

Buğa – işgüzar danışıqların aparılması, şəxsi məsələlərin həlli üçün yaxşı gündür. Yeni işlərə başlayıb, eksperimentlər etmək olar. Bu gün gəldiyiniz nəticələr əsas etibarilə düzgündür.

Əkizlər – improvizə, yaradıcılıq axtarışları, qeyri-adi hərəkətlər üçün münasib gündür. Siz yalnız lazım olan anda qeyri-standart qərarlar qəbul edirsiniz, bunda sizə intuisiyanız kömək edir. Əcnəbilərlə işgüzar danışıqlar, uzaqdan gələn dostlarla görüş üçün də yaxşı gündür.

Xərçəng – alış-verişə çıxa bilərsiniz: orijinal, ekstravaqant əşyalar sizin diqqətinizi cəlb edir, seçimdə yanılmırsınız. Dahi bir şəxsiyyətlə tanış olmaq şansınız var. Bu gün başlanan münasibətlərin xarakteri sizin üçün bir qədər qəribə olacaq.

Şir – bir qədər ağlınızı işlətməli olacaqsınız: bunsuz qarşınıza çıxan problemləri aşmaq çətin olacaq. Bundan başqa, dostlarınızın və köhnə tərəfdaşlarınızın dəstəyinə ehtiyacınız olacaq: təklikdə düşmənlərinizin öhdəsindən gəlmək çətindir. Uğur qazanmaq şansınız var, tez təslim olmayın.

Qız – bu gün zədə almaq riskiniz böyükdür: yolda, idmanla məşğul olarkən, işdə və alətlərlə işləyərkən diqqətli olun. Bundan başqa, soyuqlaya bilərsiniz. Aktiv olun, işləri yarımçıq qoymayın.

Tərəzi – bu gün sakitcə işlərinizlə məşğul ola bilərsiniz. Həmkarlarınızla münasibətlərdə ciddi problem yoxdur. Bir çox Şirlər bu gün rəhbərliyi özlərinin zəhmətsevərlikləri və səyləri ilə heyrətləndirəcəklər. İş yerinizi dəyişə, müsahibələrə gedə bilərsiniz.

Əqrəb – insanların xoşuna gəlirsiniz. Çoxları sizinlə ünsiyyət qurmağa çalışırlar – özünüz seçin. Şəxsi münasibətlərdə bir qədər yüngüllüyə meyllisiniz: bu gün sonra peşman olacağınız səhvlər buraxa bilərsiniz.

Oxatan – yaradıcı iş, həmçinin qeyri-standart yanaşma, orijinallıq tələb edən məşğuliyyətlər üçün yaxşı gündür. Hazırcavablığınız rəqiblərinizi xeyli geridə qoymağa, düşmənlərinizi tərksilah etməyə, peşəkar mövqeyinizi bərkitməyə imkan yaradacaq. Ancaq bu, şəxsi münasibətlərdə tam tərsinə effekt verir, odur ki, burada ənənələrə və yoxlanılmış üsullara üstünlük verin.

Oğlaq – düşünülməmiş addımlar atmayın. Təmkinli davranın. Xərclərinizi azaldın, lazım olmayan əşyaları almayın. Alkoqol və ağır yeməklərdən uzaq durun. Qoxuya qarşı allergiyanız güclənə bilər.

Dolça – kiminsə ailə dava-dalaşını yatırtmalı olacaqsınız. Başqalarının münasibətlərinə məcburi müdaxilə bir çox Tərəzilər üçün əsl sınaq olacaq, öz yaxınları ilə düzgün rəftar edib-etməmələrinə dair onlarda şübhə oyanacaq.

Balıqlar – güclü günahkarlıq hissi, sərt özünütənqid, başqalarının səhvlərinə görə cavabdehlik bütün gününüzü korlaya bilər. Şəxsi həyatınızda böyük dəyişikliklər etmək şansınız olacaq. Bu gün ehtiyatlı deyilsiniz, bu səbəbdən bəzi hərəkətlərin nəticəsi pis ola bilər.