Astroloji proqnoz – 22 iyun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qoç – əgər qarşınızda böyük məqsədlər qoyub onların həyata keçirilməsi üçün şübhəli üsüllar seçsəniz, gününüzü tamamilə itirə bilərsiniz. Prinsip sadədir: əgər istədiyinizi almaq üçün hiyləgərlik və intriqalardan istifadə edirsinizsə, nəticədə yalnız problem və çətinliklər qazanacaqsınız. Ancaq doğru yollar sizi məhz lazım olan yerə aparacaq.


 

Qoç – əgər qarşınızda böyük məqsədlər qoyub onların həyata keçirilməsi üçün şübhəli üsüllar seçsəniz, gününüzü tamamilə itirə bilərsiniz. Prinsip sadədir: əgər istədiyinizi almaq üçün hiyləgərlik və intriqalardan istifadə edirsinizsə, nəticədə yalnız problem və çətinliklər qazanacaqsınız. Ancaq doğru yollar sizi məhz lazım olan yerə aparacaq.

Buğa – gün sakitlik vəd edir. Romantik görüşlər, sevgi etirafları üçün əla vaxtdır. Yaxınlarınız üçün xırda hədiyyələr, suvenirlər ala bilərsiniz.

Əkizlər – bu gün işləriniz ona görə alınır ki, ətrafdakıların gözlədikləri kimi hərəkət etmirsiniz. Özlərini itirmiş bədxahlarınız, paxıllarınız şokdadırlar və sizə mane olmağa gücləri yoxdur. Günün ilk yarısı xeyli məzəli hadisə olacaq. Bunlar çətinliklər yaratsa da, əhvalınızı qaldıracaq.

Xərçəng – xoş xəbərlər ala bilərsiniz. Ev işlərini görmək, yaşadığınız yeri abadlaşdırmaq üçün münasib vaxtdır. Bir çox xanım Xərçənglər bu gün ən adi yeməkləri çox ləziz hazırlayacaqlar.

Şir – öz gününüzü özünüz planlaşdırsanız, xeyli uğur əldə edə bilərsiniz. Ətrafınızdakılar ya sizi işinizdən ayırır, ya tələsdirir, ya da gecikdirirlər, bu isə sizi xeyli qıcıqlandırır. Sizi yaxşı tanıyan, təcrübə və biliklərinizə güvənən insanlarla işləmək isə rahatdır.

Qız – kənar fikirləri başdan ataraq işə köklənmək də çətindir. Bir çoxları təklikdə, yaxud ünsiyyətlərin sayını azaldaraq məhsuldar işləyə biləcəklər.
Günün ikinci yarısında müsbət tendensiyaların təsiri artacaq. Bu zaman sürprizlər, xoş təsadüflər, maraqlı görüşlər mümkündür. Çoxdankı bir münaqişəni də həll etmək şansı var.

Tərəzi – günün birinci yarısında diqqətsizlik, yüngülxasiyyətlik və öz gücünü düzgün hesablamama səbəbindən çətinliklər yarana bilər. Bu dövrdə nahaq xərclər və maliyyə itkiləri gözlənilir.

Əqrəb – bu gün yaxın keçmişin qaranlıq qalan məqamlarına da aydınlıq gətirə biləcəksiniz. Gələcək planlarınızı yenidən götür-qoy edin. Günün ikinci yarısı rahatlığı ilə seçilir. Yaradıcı potensialınız bu dövrdə daha yüksək olacaq. Musiqi, ədəbiyyat, rəssamlıqla məşğul ola bilərsiniz

Oxatan – bu günün hadisələrinə barmaqarası baxmayın. Çox əhəmiyyətsiz xırda bir şeyin uzun-uzadı davamı və böyük nəticələri ola bilər. Keçmiş tanışınızla təsadüfi görüş həyatınızda ciddi dəyişikliklərə səbəb ola bilər.

Oğlaq – düzgün qərarı anında verəcəksiniz. Demək olar ki, bu gün səhv etməyəcəksiniz: intuisiyanız çox güclüdür. Sizə nəyisə məsləhət görür, ipucu verirlərsə, diqqətli olun, bunların sayəsində yaxınlarınızla münasibətləri düzəldə bilərsiniz.

Dolça – hər şey yaxşı olacaq. Bəzi xırda-para xoşagəlməzliklər ola bilər, amma siz o qədər enerjili və şənsiniz ki, bunlara əhəmiyyət vermirsiniz. Hər bir yeni başladığınız işdə uğurlarınız o qədər böyükdür ki, paxıllarınızın sayı artacaq. Amma siz öz qələbələrinizin bəhrəsini bölüşdükcə bu paxıllıq daha müsbət hisslərlə əvəz olunacaq.

Balıqlar – maliyyə və əmlak məsələlərinin həllinə bu gün qəti olaraq yaxın durmayın. İtki və dəyərli əşyaların sınması riski var. İstənilən fiziki iş zamanı ehtiyatlı olun.