backend

Astroloji proqnoz – 22 fevral

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qoç – işlərinizə ailə-məişət qayğıları da əlavə olunacaq. Ən önəmli məsələni həll etməyə çalışın, ikinci dərəcəli problemlərin həllini bir müddətlik təxirə salın. Mühüm problemin effektiv həllini tapın. 

Qoç – işlərinizə ailə-məişət qayğıları da əlavə olunacaq. Ən önəmli məsələni həll etməyə çalışın, ikinci dərəcəli problemlərin həllini bir müddətlik təxirə salın. Mühüm problemin effektiv həllini tapın.

Buğa – səhhətinizə diqqət yetirin. Əsəbi və fiziki yorğunluğa imkan verməyin, münaqişəli situasiya yaratmayın.

Əkizlər – yanınızda sizi anlayacaq, problemlərinizi bölüşəcək, yaşamınızda baş verənlərə görə məsuliyyətin bir hissəsini qəbul edəcək insan olarsa, işlərin axarı daha da asanlaşacaq. Xərclərə nəzarət edin. Alış-verişdə diqqətli olun.

Xərçəng – ciddi və önəmli məsələlərlə bağlı ünsiyyətin mühüm olduğu gündür. Gərəkli insanlarla görüşün, yazışmada passivlik etməyin. Bu gün eşidəcəyiniz xəbərlər sizi qıcıqlandıra bilər.

Şir – alacağınız xəbərlərin arasında sizi daha aktiv edəcək, hərəkətə gətirəcək məlumat da olacaq. İrimiqyaslı iş və ya yeni layihə ilə bağlı planlar qurmayın.

Qız – dəyişən situasiyaya vaxtında reaksiya verin. Ailədəki problemlərdən biri üzə çıxacaq. Müəyyən məsələ ilə bağlı sürətli və qəti qərar qəbul etmək gərəkdir.

Tərəzi – yerdəyişmələrin intensivliyini azaldın. Gərgin durum qəza və travma risklərini artırır. Hər vədə şirniklənməyin, soyuqqanlı və məntiqli olun.

Əqrəb – aktiv, gərgin gündür. Məntiq və zərurət çərçivəsində davranın. Kollektivdə xırda problemlər və detallarla bağlı yaranmış təlaşı dəf edin. Gerçəkdən də, mühüm məsələdən diqqəti yayındırmayın.

Oxatan – emosiyalarla hisslərdə qarışıq dövr başlanacaq. Sevdiyiniz şəxs və sizə yaxın olan insanlarla münasibətləri qoruyun.

Oğlaq – kimsənin yoluna keçməyin. Ağır vəziyyətə düşərək yardım istəyən insana dəstək verin. Maliyyə məsələlərində diqqətli olun. Bədxərclik etməyin.

Dolça – münaqişəli situasiyanın mərkəzində ola bilərsiniz. Sizə qarşı sərt və yetərincə aqressiv təzyiq cəhdləri olacaq. Bu səbəbdən də məşğuliyyət, fəaliyyət və ünsiyyət dairəsini seçəndə diqqətli olun.

Balıqlar – çox mürəkkəb problemi həll etməli olacaqsınız. İmpulsiv davranmayın, birmənalı olmayan vəziyyətdə bir qədər fasilə edin.