Qoç – astagəllik edərək ətalətli olmasanız, uğur əldə edə bilərsiniz. Bu gün qətiyyətli və fəal olun. Yerinizdə saysanız, çoxdan bəri unutmalı olduğunuz fikirlərə təkrarən qayıdacaqsınız.
Qoç – astagəllik edərək ətalətli olmasanız, uğur əldə edə bilərsiniz. Bu gün qətiyyətli və fəal olun. Yerinizdə saysanız, çoxdan bəri unutmalı olduğunuz fikirlərə təkrarən qayıdacaqsınız.
Buğa – qarşılıqlı anlaşma, sizə əziz insanla xoş ünsiyyət vaxtıdır. Çoxdan bəri rəğbət bəslədiyiniz insan sizi sevindirəcək. Gəlir əldə edə bilərsiniz. Ətrafınızda baş verənləri diqqətlə izləyir. Sayıq və fəndgir olun.
Əkizlər – dostlardan biri yardım üçün müraciət edərsə, ona ehtiyac duyduğu məbləği verin və məsləhətinizi əsirgəməyin. Sizə çoxlu müraciətlər olacaq. Şəxsi həyatda ailə münasibətləri normal, harmonikdir.
Xərçəng – yaranmış situasiyanı dəyərləndirmək, planlara dəyişikliklər və düzəlişlər etmək üçün pis gün deyil. Məntiqli məsləhətlərə qulaq asın. Yaşananlardan nəticə çıxarın.
Şir – əvvəl başlanmış işlərin başa vurulması və nəticələrin nəzərdən keçirilməsi üçün sakit, əlverişli gündür. Harasa tələsməyin.
Qız – paltar, elektrik əşyalar, habelə interyer üçün dekorativ əşyalar almaq olar. Dostların yanında istirahət etmək üçün yaxşı gündür. Romantik görüş isə təsəvvür etdiyiniz, planlaşdırdığınız kimi olmayacaq.
Tərəzi – maraqlı kəşflər mümkündür: çox yaxşı tanıdığınız insan sürpriz edə bilər və ona yaxşı bələd olmadığınızı anlayacaqsınız. Yeni tanışlıq və hətta dostluğun yaranması istisna deyil.
Əqrəb – gün ərzində ekstraordinar, adi axarın məcrasından çıxacaq heç bir hadisə baş verməyəcək. Arzularınızdan birinin reallaşmasına çox az qalıb. Bir qədər dözün, səbr edin.
Oxatan – əlverişli şəraitdən və vaxtdan istifadə edərək maraqlı insanla tanış ola bilərsiniz. Aza qane olun, tamahınıza əsir olmayın.
Oğlaq – bu gün sizə yardım etməyə başlayan insanlar hələ uzun müddət sizə müttəfiq olaraq qalacaqlar. Sayıq olun, ətrafınızda olanların davranışlarına, yaşanan hadisələrin axarına fikir verin. Sərvaxtlığı əldən verməyin.
Dolça – hələlik kiçik uğurlarla kifayətlənin. Lazımi istiqamətdə addım-addım, tələsmədən irəliləyin. Tələskənliyə yol verməyin, amma astagəllik də etməyin.
Balıqlar – ümumilikdə pis gün olmayacaq və onu xoş keçirmək sizin əlinizdədir. Qarşınıza çox çətin, mürəkkəb, nail olunması müşkül məqsədlər qoymayın.